Mahir Emreli bir hissə oynadı, komandası uduzdu

Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya 2-ci Bundesliqasında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının futbolçusu “Köln”lə görüşün start heyətində yer alıb.

33-cü tur çərçivəsində keçirilən qarşılaşma 1:2 hesabı ilə yekunlaşıb. Mahir bu qarşılaşmada 45 dəqiqə meydanda olub və fasilədə əvəzlənib.

“Nürnberq” 45 xalla 10-cu pillədə qərarlaşıb. Komanda son turda mayın 18-də “Braunşveyq”lə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button