Mahir Emreli: “Beş aydan sonra meydana çıxmaq məni həyəcanlandırdı”

“Dinamo”nun (Zaqreb) azərbaycanlı hücumçusu Mahir Emreli uzunmuddətli zədədən sonra ilk rəsmi matçına çıxıb.

Komanda.az xəbər verir ki, 27 yaşlı forvard Xorvatiya çempionatının “Slaven”lə səfər matçının 46-cı dəqiqəsində meydana daxil olub. “Dinamo”nun 3:2 hesablı qələbəsi ilə başa çatan oyundan sonra Emreli “instaqram” hesabında paylaşım edib:

“Uzun müddətdən sonra oyuna çıxıb, qələbə qazanmaq çox xoş duyğulardır. Beş ay sonra meydana çıxmaq məni həyəcanlandırdı. İnanılmaz dəstəyiniz üçün hər kəsə öz təşəkkürümü bildirirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button