“Qarabağ”ın hücumçusu Azərbaycan çempionatları tarixinə düşdü
Mahir Emreli Azərbaycan çempionatları tarixinə düşüb.
Komanda.az xəbər verir ki, “Qarabağ”ın hücumçusu ən sürətli het-trik müəllifi olub. O, Premyer Liqanın 24-cü turunun “Qəbələ” ilə səfər oyununda (5:0) üç dəqiqəyə üç qol vurub. Mahir 88, 89 və 90-cı dəqiqələrdə fərqlənib.
Emreli bununla da, Nadir Nəbiyevin 15 il əvvəl imza atdığı rekordu yeniləyib. O, 2005/06 mövsümünün 2006-cı il martın 11-də keçirilən matçında fərqlənib. Nəbiyev “Neftçi”nin MOİK-lə ev görüşündə (4:0) 7 dəqiqəyə (13, 17 və 19-cu dəqiqə) het-trik edib.
2018/19 mövsümündə iki het-trikə imza atan Mahir Premyer Liqada 3-cü dəfə belə uğurun müəllifi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin