
Mahir Emreli Almaniyada turun rəmzi komandasına düşüb
“Nürnberq”də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli 2-ci Bundesliqada 34-cü turun rəmzi komandasına düşüb.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı hücumçu 3-4-3 sxeminə əsasən tərtib olunan “11-lik”də hücumun mərkəzində yer alıb.
Mövsümün əvvəlində 2-ci Bundesliqa təmsilçisinə keçən Mahir Emrelinin müqaviləsinin müddəti uzadılmayıb. O, “Nürnberq”in heyətində çempionatda 10, ölkə kubokunda 1 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin