Mahir Emreli 2024-cü ildə ilk oyununa çıxdı
Xorvatiya liqasında 35-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi “Dinamo” səfərdə autsayderlərdən olan (9-cu yer) “Slaven Belupo” ilə qarşılaşıb.
Ötən tur çempionluğu təmin etmiş Zaqreb təmsilçisi bu matçda 3:2 hesabı ilə qələbə qazanıb.
Emreli də bu görüşün iştirakçısı olub. O, 46-cı dəqiqədə Marko Roqu əvəzləyərək meydana daxil olub.
Bu, Emrelinin 2024-cü ildə meydana çıxdığı ilk rəsmi matç olub. O, ilin əvvəlində aldığı ağır zədə səbəbindən oyunları buraxmaq məcburiyyətində qalmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin