Mahir Emreli “ən sürətlilər” arasında 5-ci oldu

Almaniyada “Nürnberq”in heyətində 2-ci Bundesliqada cari mövsümdə ən yüksək sürət nümayiş etdirən futbolçulardan ibarət “10-luq” tərtib edilib.

Komanda.az “Clubfokus”-a istinadən xəbər verir ki, “Nürnberq”in azərbaycanlı hücumçusu Mahir Emreli 33,8 km/saat maksimum sürət göstərərək 5-ci yerdə qərarlaşıb.

Siyahıda Emrelidən sonra onunla eyni nəticə göstərən hücumdakı tərəfdaşı Stefanos Tzimas yer alıb.

Ən yaxşı nəticə 21 yaşlı futbolçu Yens Kastroya (34,6) aiddir.

Mahir Emrelinin yayda “Nürnberq”dən ayrılacağı dəqiqləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button