Mafiya Messidən belə istifadə edir

Asiya mafiyası DÇ-2022-nin 1/4 finalında Argentina ilə Niderland arasında keçiriləcək matçın biletlərini nominal dəyərindən 5 dəfə baha qiymətə satır.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı “Mundo Deportivo” yayıb. Mənbənin sözlərinə görə, Çin mafiyası Qətərdəki dünya çempionatının Lionel Messi üçün sonuncu olacağı ehtimalından istifadə edir.

Onun oyununu canlı görmək istəyən xeyli sayda azarkeş var. Mafiya da, dünyanın hər yerindən gəlmiş bu azarkeşlərin yaratdığı tələbdən yararlanır.

Niderland – Argentina oyununa bileti 4,5 min avroya almaq təklif olunur ki, bu da nominal qiymətdən beş dəfə yüksəkdir. 7,5 min avro dəyərində premium paketlər də var.

Niderland – Argentina oyunu dekabrın 9-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button