Madriddə tibbi müayinədən keçən futbolçu “Çelsi”yə qayıdıb
“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaher Londona qayıdıb və hazırda komanda ilə birgə məşq edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu daha əvvəl “Atletiko”nun düşərgəsində tibbi müayinədən uğurla keçdikdən sonra geri qayıdıb.
Onun Madrid klubuna keçidi hələ də dondurulmuş mərhələdədir. Müqavilə yalnız “Atletiko”nun Joao Feliksin “Çelsi”yə keçidinə razılıq verəcəyi təqdirdə baş tutacaq. London klubu “Atletiko”dan Samuel Omorodionu almalı idi, lakin son anda anlaşma pozulub.
24 yaşlı Qallaher ötən mövsüm İngiltərə Premyer Liqasında 5 qol vurub, 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin