“Hələ işimiz bitməyib” – De Yonq
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Yuventus”la 1:1 hesablı heç-heçə edən “Ayaks”ın futbolçusu Frenki de Yonq açıqlama verib.
Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi, mərhələni keçmək şanslarının olduğunu deyib:
“Təəssüf ki, fasilədən əvvəl qol buraxdıq. Amma ikinci hissəyə bərabərlik qolunu vurmaqla başladıq və daha yaxşı oynadıq. 1:1 hesabı pis nəticə deyil. Cavab oyununda mərhələni keçmək üçün şansımız var. Madriddə olduğu kimi cəsarətlə oynasaq, Turində mərhələni keçmək üçün şansımız olacaq. İndiyə qədər Çempionlar Liqasında uğurlu çıxış etdik və hələ işimiz bitməyib”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin