“Atletiko” “Çelsi” ilə anlaşıb

“Çelsi”nin yarımmüdafiəçisi Konor Qallaher nəhayət ki, “Atletiko”nun futbolçusu olacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Madrid klubu təxminən iki həftə əvvəl ingiltərəli futbolçu ilə müqavilə imzaladığını elan edə bilərdi, lakin Samuel Omorodionun “Çelsi”yə transferinin iflasa uğraması səbəbindən sözləşmə təxirə salınmalı olub.

İndi klublar yenidən razılaşa biliblər. Belə ki, Qallaherin çərşənbə günü Joao Feliksin əks istiqamətdə hərəkət etməsi ilə “Atletiko”nun yeni transferi kimi təqdim ediləcəyi gözlənilir.

24 yaşlı yarımmüdafiəçi artıq Madridə gəlib. O “Atletiko” azarkeşlərinə imza verərəkən belə deyib:

“Sabah hamınızı stadionda görməyə səbirsizlənirəm”.

Konor Qallaherin transfer dəyəri 42 milyon avro qiymətləndirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button