Torresi ver, Feliksi al
“Barselona”nın futbolçusu Ferran Torres “Atletiko”ya keçə bilər.
Komanda.az “sport.es”-ə istinadən xəbər verir ki, Madrid klubu hazırda icarə əsasında “Barsa”da çıxış edən hücumçu Joao Felikslə yollarını ayırmaq istəyir. “Atletiko” əvəzində Torresi alacaqları halda, portuqaliyalı futbolçunu “Barselona”ya satmağa hazırdır.
24 yaşlı Torres bu mövsüm 36 oyun keçirib, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.
“Barselona” La Liqanın 33 turundan sonra turnir cədvəlində 2-ci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin