![](https://komanda.az/wp-content/uploads/2023/06/La-Liqa-727x470.jpeg)
Derbidə ikinci ən uzun seriya
Ötən həftə İspaniya çempionatının 23-cü turunun mərkəzi qarşılaşması – Madrid derbisi baş tutub.
“Real” evdə “Atletiko”nu qəbul edib və komandalar 1:1 hesablı heç-heçəyə razılaşıblar.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, “Real”la “Atletiko”nun qalibi müəyyən edilməyən heç-heçə oynadıqları bütün yarışları nəzərə alsaq, ardıcıl üçüncü matç idi.
Bu, ötən əsrin yetmişinci illərinin sonundan bəri Madrid derbisindəki ən uzun belə seriyadır. Komandalar 1978-ci ilin noyabrından 1980-ci ilin yanvarına qədər ardıcıl beş dəfə heç-heçə edib.
“Real” hazırda ölkə çempionatının turnir cədvəlində birinci, “Atletiko” ikincidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin