Əsgərlər milli üzvlərinin qaldığı otelə basqın etdi FOTO
Madaqaskar ordusunun əsgərləri Tanzaniya milli komandasının oyunçularının olduğu otelə basqın edib.
Komanda.az xəbər verir ki, hadisənin baş verməsinə səbəb qonaq komandanın heyətində koronavirusa yoluxan oyunçuların olması olub. Tanzaniya yığmasının heyətində Aişi Salum Manula, Alli Samatta və Bakari Mvamnyetdə koronavirus aşkarlanıb.
Məsələ ilə bağlı açıqlama verən Tanzaniya Futbol Federasiyası əsgərlərin oyunçuların qapısı önündə durduqlarını bildirib.
Hadisə iki ölkə yığmaları arasında keçirilmiş dünya çempionatının seçmə mərhələ oyunundan sonra baş verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin