Argentinalı futbolçu olimpiadada oynamaq üçün Qvardioladan icazə istəyib
“Mançester Siti”nin hücumçusu Xulian Alvares komandanın baş məşqçisi Pep Qvardiola ilə təkbətək söhbət edib.
Komanda.az “Transfer News Live”-ə istinadən xəbər verir ki, Alvares Qvardioladan Argentina yığmasının heyətində olimpiadada oynamasına icazə verməsini istəyib.
24 yaşlı futbolçu “Mançester Siti”də istədiyi qədər oyun şansı qazana bilmir.
Futbol üzrə olimpiya turniri iyul-avqust aylarında keçiriləcək. Bu turnir FİFA-nın siyahısına daxil edilməyib, ona görə də klublar milli komandalara futbolçu buraxmağa borclu deyillər. Bu, yalnız razılaşma yolu ilə mümkündür.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin