Macarlar Azərbaycanla oyuna ciddi itki ilə çıxacaqlar

Oktyabrın 13-də AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi ilə qarşılaşacaq Macarıstan yığması itki ilə üzləşib.

Komanda.az xəbər verir ki, rəqib komanda Laslo Klaynhayslerin xidmətindən məhrum olub.

Buna futbolçunun cəzalı duruma düşməsi səbəb olub. O, Xorvatiya ilə (0:3) səfərdə keçirilən qarşılaşmanın 56-cı dəqiqəsində ikinci sarı vərəqə ilə meydandan qovulub. Bu üzdən Klaynhaysler növbəti oyunu buraxmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, Macarıstan yığması Xorvatiyaya 0:3 hesabıyla uduzub. Sözügedən kollektiv yığmamızla iki gün sonra Budapeştdə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button