Macar baş məşqçi “Sabah” üzərindəki qələbədən danışdı

Macarıstanın “Pakş” klubunun baş məşqçisi Qabor Osztermayer “Sabah”la qarşılaşdıqları yoxlama oyunundan sonra fikirlərini bildirib.

Komanda.az xəbər verir ki, Macarıstan təmsilçisinin rəsmi saytına danışan 41 yaşlı mütəxəssis, 2:0 hesabıyla qələbə qazandıqları görüşü belə şərh edib:

“Yaxşı təşkilatlanmış, keyfiyyətli futbolçuları olan döyüşçü komandaya qarşı oynadıq. Müdafiədə yaxşı oynadıq. Buna görə də rəqibin qol imkanları az oldu. Çox qol vura bilərdik. İkinci hissədə hücumda daha yaxşı çıxış etdik. Qələbədən razıyam və qol buraxmamaq bizim üçün çox vacib idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button