Mahir Emreli üçün 1 milyon avro
Macarıstanın “Fehervar” klubu Polşa “Legiya”sında çıxış edən Mahir Emreli ilə maraqlanır.
Komanda.az xəbər verir ki, bu barədə Polşa mətbuatı məlumat yayıb. “Fehervar” Emreli üçün Varşava təmsilçisinə 1 milyon avro təklif edib. Tərəflər arasında danışıqlar davam edir.
Mahir Emreli qış fasiləsində “Legiya”dan ayrılmaq niyyətindədir.
“Fehervar” Macarıstan çempionatında 4-cü sıradadır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin