43 yaşlı rekordçu karyerasını bitirdi
Macarıstan millisinin sabiq qolkiperi Qabor Kiray futbolçu karyerasını bitirib.
Komanda.az xəbər verir ki, bu barədə 43 yaşlı qolkiperin formasını geyindiyi “Haladas” klubunun rəsmi saytı məlumat yayıb.
Kiray Avropa çempionatlarında iştirak edən ən yaşlı futbolçu ünvanına sahibdir. O, AÇ-2016-da Macarıstan millisinin Avstriya yığmasına qarşı keçirdiyi oyunda iştirak edəndə 40 yaş 74 günlük idi.
Karyerası ərzində “Fulhem”, “Kristal Pelas”, “Bayer”, “Herta”, “Haladas” kimi klublarda forma geyinən Kiray, 108 dəfə də Macarıstan yığmasının şərəfini qoruyub. O, Macarıstan millisində ən çox oyun keçirən futbolçudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin