“…hətta qol da buraxmışdıq” – Macarıstan millisinin futbolçusu
Macarıstan millisinin futbolçusu Mihay Korhut AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanı 1:0 hesabıyla məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, görüşdə yeganə qolun müəllifi olan Korhut, qələbəni belə şərh edib:
“Əsas olan odur ki, qələbə qazandıq. Belə topları çox sevirəm. Xoşbəxtlikdən bunu qola çevirə bildim. İlk hissədə daha çox şanslarımız oldu. Oyunun sonlarında yaxşı deyildik, hətta qol da buraxmışdıq. Qələbə qazandığımız üçün xoşbəxtəm.
Məşqlərdə belə vuruşları təkrar edirik. Bu oyunda da bunun bəhrəsini gördük”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin