“Bir anlıq ürəyim dayandı” – Soboslai
Macarıstan millisinin futbolçusu Dominik Soboslai AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanı 1:0 hesabıyla məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, 18 yaşlı yarımmüdafiəçi, qələbəni belə şərh edib:
“Bir anlıq ürəyim dayandı. Ancaq hakimin qolu qeydə almadığını gördükdə, “Allaha şükür” dedim.
Oyunun necə olması önəmli deyildi. Əsas olan qələbə qazanmaq idi və bunu da bacardıq”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin