“Azərbaycana qarşı tam fərqli oyun oynamalıyıq” – Marko Rossi
Macarıstan millisinin baş məşqçisi Marko Rossi AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya yığmasına məğlub olduqları oyundan (0:3) sonra fikirlərini bildirib.
Komanda.az Macarıstan Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, Rossi, Azərbaycan millisi ilə oyun haqda da danışıb:
“Bugünkü oyunumuza görə üzr istəyirəm. Xüsusən də, oyuna gələn macar azarkeşlərdən. Xorvatların gücü bəlli idi, amma bu şəkildə məğlub olmağımızı qəbul edə bilmirəm. Xorvatların bizdən daha güclü olduğunu və vəziyyətdən çıxacağını bilirdik. Baş verənləri təhlil edib, bu məğlubiyyət ruhundan çıxmalıyıq. Bazar günü qarşımızda Azərbaycanla çox vacib oyunumuz olduğu üçün özünəinamı bərpa etməliyik.
Bugünkü məğlubiyyətdə hər kəsin günahı var. 4-5 inanılmaz fərdi səhvə yol verdik və bunu birdən çox oyunçu etdi. Açığı, karyeramda komandamla belə bir şey keçirdiyimi xatırlamıram. Özümüzü aşmalı və bazar günü Azərbaycana qarşı tam fərqli oyun oynamalıyıq. Digər şanslara gəlincə, bu cür performansla Uelsdə qələbə qazanacağımızı düşünmək ağılsızlıq olar. Hamıdan tam fərqli yanaşma gözləyirəm”.
Oktyabrın 13-də keçiriləcək Macarıstan – Azərbaycan matçı saat 20:00-da start götürəcək.
Bizi Facebook-da izləyin