AÇ-2020: “Bir çox məşqçilər oyunları taktikaları hesabına qazandıqlarını düşünürlər”
Macarıstan milli komandasının baş məşqçisi Marko Rossi AÇ-2020-nin qrup mərhələsinin 2-ci turunda Fransaya qarşı keçirdikləri oyundan sonra fikirlərini bildirib.
Komanda.az xəbər verir ki, Rossi, 1:1 hesabıyla bitən görüşü belə şərh edib:
“Komandam möhtəşəm oyun oynadı. Futbolçularım cəsarətli idilər, onlara təşəkkür edirəm. Bir çox məşqçilər oyunları taktikaları hesabına qazandıqlarını düşünürlər. Onlar səhv edirlər. Oyunu futbolçular qazanır.
Oyunda çətinlik yaşayacağımızı bilirdik. İşlərimiz yolunda getməyəndə daha dözümlü olmağa çalışdıq. Özünü oyuna həsr etmiş və hər gün inkişaf edən futbolçularımız var. Komandamızım müəyyən limiti var. Ancaq bu, həqiqətən, gələcək adına yaxşı əlamətdir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin