Macarıstan klubu “Qarabağ”ın futbolçusundan vaz keçmir

“Qarabağ”ın braziliyalı futbolçusu Julio Romaonun Macarıstan “Ferentsvaroş”una transfer ola biləcəyi yenidən gündəmə gəlib.

Komanda.az xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb. “Csakfoci” portalı Macarıstan klubunun “Qarabağ”ın yarımmüdafiəçisini transfer siyahısına daxil etdiyini yazıb.

“Ferentsvaroş” ötən mövsümdən Romaoya gözünü dikib.

Futbolçunun “Qarabağ”la müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir. 26 yaşlı futbolçu 2020-2022-ci illərdə “Santa-Klara”da oynadıqdan sonra “Qarabağ”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button