
Macarıstan çempionatının qalibi müəyyənləşdi
Futbol üzrə Macarıstan çempionatının qalibi müəyyənləşib.
Komanda.az xəbər verir ki, çempionatın 30-cu turunda “Honved”i 2:0 hesabı ilə məğlub edərək, xallarının sayını 70-ə çatdıran “Ferentsvaroş” mövsümün bitməsinə 3 tur qalmış çempionluğunu rəsmiləşdirib.
Hazırda turnir cədvəlinin ikinci pilləsində 29 oyunda 56 xal toplayan “Fehervar” qərarlaşıb.
Bu, “Ferentsvaroş”un tarixində 31-ci çempionluğudur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin