
Macarıstan Rusiyanın 2 futbol klubunu sanksiyalardan qoruyub
Macarıstan Avropa İttifaqının Rusiyanın iki futbol klubuna qarşı sanksiyalarına icazə verməyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Brüsseldə Rusiyaya qarşı 16-cı məhdudlaşdırıcı tədbirlər paketinin hazırlanması kontekstində bildirib:
“Biz Rusiyanın iki futbol komandasının sanksiya siyahısına daxil edilməsinin qarşısını aldıq. Dünyanın ucqar guşələrində yaşayan insanlar Avropa İttifaqının Ukraynadakı müharibəyə görə Rusiya futbol komandalarına sanksiyalar tətbiq etdiyini bilsələr, bu, bütün Avropa İttifaqı sistemini ələ salmaq olardı”.
Macarıstan Rusiyanın iki futbol klubuna qarşı Avropa İttifaqının sanksiyalarının tətbiqinə qarşı çıxıb.
Rusiyanın Ukraynaya işğalçı hücumundan sonra bu ölkənin futbol komandaları FİFA və UEFA yarışlarından kənarlaşdırılıb.
Bizi Facebook-da izləyin