
Macar futbolçu “Qalatasaray”da
Türkiyənin “Qalatasaray” komandası Macarıstan millisinin üzvü Roland Sallai ilə anlaşıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalayıb.
Bu transfer “sarı-qırmızılar”a 6 milyon avroya başa gəlib.
Sallai son olaraq 2018-2024-cü illərdə Almaniyanın “Frayburq” klubunda çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin