Macar futbolçu “Liverpul”da – Rəsmi

Miloş Kerkez “Bornmut”dan “Liverpul”a transfer olunub.

Komanda.az xəbər verir ki, bu barədə “Liverpul”un rəsmi saytı məlumat yayıb.

Klubun açıqlamasında bildirilib ki, macar müdafiəçi tibbi müayinədən keçərək, Premyer Liqanın son çempionu ilə uzunmüddətli müqavilə imzalayıb.

Daha əvvəl mediada yayılan məlumatlara əsasən, Kerkezin transfer məbləği 40 milyon funt sterlinq (təxminən 46,8 milyon avro) təşkil edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button