Macar futbolçu “Liverpul”da

“Bornmut”un müdafiəçisi Miloş Kerkez rəsmi olaraq “Liverpul”a transfer olunub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, tərəflər artıq bütün sənədləşmə işlərini tamamlayıb və 21 yaşlı futbolçu “Liverpul”la müddəti 2030-cu ilə qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Transferi uğrunda mübarizə aparan digər üç klubun təklifini rədd edən Kerkez, Premyer Liqa komandası ilə anlaşmağa üstünlük verib.

Macar futbolçu son mövsümdə İngiltərə Premyer Liqasında 38 oyunda iştirak edib, 2 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button