Maaşının azaldılmasına razıdır – Təki “Real”da qalsın

“Real”ın yarımmüdafiəçisi Luka Modriç “kral klubu”nda qalmaq üçün fədakarlıq etməyə hazırdır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçu maaşının azaldılmasına razıdır. Modriç “Real” rəhbərliyindən gələcək təklifi sona qədər gözləmək niyyətindədir. O, karyerasını 11 ildir oynadığı “kral klubu”nda bitirmək arzusundadır.

Daha əvvəl bildirilmişdi ki, 38 yaşlı Modriç gələcəkdə bu mövsümlə müqayisədə daha çox oyun praktikası əldə etmək istəyir.

Modriç cari mövsümdə İspaniya çempionatında 2 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button