Maaşının azaldılmasına razı deyil – Klubunu dəyişə bilər

“Napoli”nin müdafiəçisi Xalidu Kulibali by yay  İtaliya klubunu tərk edə bilər.

Komanda.az “Sky Sport İtalia”-ya istinadən xəbər verir ki, klub rəhbərliyi 30 yaşlı futbolçu ilə yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib. Futbolçu gələn mövsümün sonunda ya azad agent kimi komandadan ayrıla bilər, ya da bu yay yeni kluba keçəcək.

Kulibalinin klubla hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır. “Napoli” ona yalnız əhəmiyyətli dərəcədə maaş azaldılması ilə yeni müqavilə təklif edir. Futbolçu ilə “Barselona”, “Yuventus”, PSJ, “Çelsi” və “Mançester Yunayted”in maraqlandığı bildirilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button