Messi maaşının azaldılmasına razı deyil

Lionel Messi PSJ-ni tərk etməyə yaxındır.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, argentinalı forvard maaşının 75 faizinin azaldılması ilə razılaşmaq niyyətində deyil. Bu səbəbdən, o, cari mövsümün sonunda Liqa 1 təmsilçisindən ayrıla bilər.

Son dünya çempionunun karyerasını davam etdirmək üçün ən çox ehtimal olunan variant kimi “Barselona” nəzərdən keçirilir.

PSJ Fransa çempionatının 29-cu turunda “Lion”a uduzub (0:1). Paytaxt təmsilçisinin azarkeşləri həmin qarşılaşmada Messini fitə basıblar.

35 yaşlı hücumçu 2021-ci ilin yayında “Barselona”dan PSJ-yə keçib. O, cari mövsümdə Paris klubunun heyətində 33 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button