Maaşı azaldılacaq
“Mançester Yunayted” qapıçı David de Xea ilə yeni müqavilə imzalamağa yaxındır.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, klub futbolçunun agentləri ilə danışıqlar aparıb və müqavilənin şərtlərini razılaşdırıb.
De Xeanın İngiltərə klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin yayına qədərdir. Yeni müqavilə maaşın azaldılması ilə 2 və ya 3 il müddətinə qüvvədə olacaq.
De Xea 2011-ci ildən “Mançester Yunayted”də çıxış edir. 32 yaşlı ispaniyalı qolkiper bu mövsüm 20 oyuna çıxıb, 23 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin