Maaşı artırılacaq, müqaviləsi uzadılacaq
“Napoli” futbolçusu Xviça Kvaratsxeliyaya mövsümün sonunda maaşını iki dəfə artırmaqla yeni müqavilə təklif edəcək.
Komanda.az xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
Mənbənin məlumatına görə, indi gürcü futbolçu 2027-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə əsasında “Napoli”də ildə 1,2 milyon avro alır. İtaliya klubu Kvaratsxeliyaya ildə 2,5 milyon avro ödəməyə, eləcə də müqaviləsini 2028-ci ilə qədər uzatmağa hazırdır.
Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. O, Neapol komandasında 26 matçda 12 qol vurub, 15 məhsuldar ötürmə edib.
“Napoli” İtaliya çempionatında keçirdiyi 24 oyunda 65 xal toplayıb və ən yaxın rəqibini 18 xal qabaqlayaraq, turnir cədvəlində birinci yeri tutur.
Bizi Facebook-da izləyin