
Maaşı 10 milyon avroya yüksələcək
“Bayern” hücumçusu Erik Çupo-Motinqin maaşını artırmağı düşünür.
Komanda.az “Sport Bild”-ə istinadən xəbər verir ki, rəhbərlik kamerunlu forvardın maaşını iki dəfə artırmağı planlaşdırır. Hazırda o, 5 milyon avro qazanır.
Beləliklə, Çupo-Motinqin maaşı 10 milyon avroya yüksələcək.
Futbolçu bu mövsüm Bundesliqada 16 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin