Maaş məsələsində razılığa gələ bilmirlər
Fransalı hücumçu Olivye Jiru “Milan”la müqaviləsini uzatmağa hazırlaşır.
Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, tərəflər prinsipial razılığa gəlsələr də, 36 yaşlı futbolçunun maaşı ilə bağlı hələlik anlaşma yoxdur. Jiru yeni müqaviləyə əsasən 3,7 milyon avro və bonuslar istəyir. “Milan” isə ona 3,5 milyondan çox pul ödəməyə hazır deyil.
Jiru yanvar ayında “Everton”dan gələn təklifi rədd edib və karyerasının sonuna qədər “Milan”da qalmağa hazır olduğunu bildirib.
Hücumçunun Milan klubu ilə hazırkı müqaviləsi 2023-cü ilin iyun ayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin