Qalte: “Çox pis müdafiə olunduq”

PSJ-nin baş məşqçisi Kristof Qalte Fransa çempionatının 33-cü turunun “Loryan”la matçını (1:3) dəyərləndirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, topla yaxşı davranmadıqlarını və müdafiədə pis oynadıqlarını bildirib:

“Məyusedici oyun oldu. Oyunun əvvəlində çoxlu sayda texniki səhvlərə yol verdik. Bu məqam rəqibi ümidləndirdi. Topla yaxşı davranmırdıq. Həm də, çox pis müdafiə olunduq.

Fasilədən sonra qələbə qazanmağa çalışdıq, amma alınmadı. Nəticədə, uduzduq.

Qarşıdakı oyunlarda yaxşı çıxış etməliyik. Çünki bizi izləyən rəqiblərimiz çempionluq uğrunda mübarizə aparacaqlar. Qələbə üçün xarakter göstərməliyik. “Loryan”la oyunda bu yox idi”.

Paytaxt klubu hazırda ölkə çempionatının turnir cədvəlində 75 xalla birincidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button