“Məşqlərimizə və futbola ən qısa vaxtda qayıtmaq hamımızın istəyidir” – Miçel
“Qarabağ”ın futbolçusu Miçel açıqlama verib.
Komanda.az xəbər verir ki, “Lavozdeasturias” nəşrinə danışan ispan futbolçu, koronavirus pandemiyası səbəbiylə Azərbaycanda yaranan vəziyyət və ölkəsi barədə danışıb:
“Burda 1100 nəfərdən çox insan virusa yoluxub. Aprelin 20-dək evdə qalmağımız lazımdır. Çölə çıxarkən SMS göndərməliyik. Çempionatların taleyinin necə olacağını isə ayın 23-də UEFA İcraiyyə Komitəsinin iclasından sonra biləcəyik.
İspaniyanın yaxşılaşmasını görmək istəyirəm. Hər şeyin daha az ölümlə həll olunacağına ümid edirəm. Məşqlərimizə və futbola ən qısa vaxtda qayıtmaq hamımızın istəyidir”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin