“Mbappe buna layiq idi” – Millinin futbolçusu

“Liverpul”un və Fransa millisinin futbolçusu İbrahima Konate PSJ-nin hücumçusu Kilian Mbappenin yığma komandada yeni kapitan təyin olunması haqda danışıb.

Komanda.az “Eurosport”-a istinadən xəbər verir ki, o, yığmasının çalışdırıcısı Didye Deşamın qərarından məmnun olduğunu bildirib:

“Baş məşqçinin verdiyi qərardan çox məmnunam. Düzü, Mbappe buna layiq idi və biz bu məsələdə yekdilik. O, həm DÇ-2022-də, həm də PSJ-də yaxşı oynamaqla bunu qazandı.

Mbappe həm meydanda, həm də meydandan kənarda çox yaxşı liderdir. Ona uğurlar arzulayıram. O, çox yaxşı kapitan olacaq”.

“Xoruzlar”ın keçmiş kapitanı Uqo Lloris idi. O, DÇ-2022-dən sonra milli komandadan ayrılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button