Cerrard “Milan”ı tənqid etdi

İngiltərəli mütəxəssis Stiven Cerrard UEFA Çempionlar Liqasının “Milan” – “İnter” (0:2) matçını şərh edib.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, o, “Milan”ın futbolçularının oyunda ürəksiz çıxış etdiklərini vurğulayıb:

“Milan” Çempionlar Liqasının yarımfinal mərhələsindədir. Meydançaya çıxanlar futbolçu dəstəsi kimi görünürdülər. Birlikdə mübarizə aparmırdılar. Məşqçi bu məsələdə baş sındırmalıdır. Ürəksiz oynayırdılar.

Sandro Tonali Henrix Mxitaryanın qol epizodunda həddindən artıq tənbəllik etdi, rəqibin rahatlıqla qaçmasına şərait yaratdı.

Mərkəz müdafiəçiləri arasında qətiyyən əlavə və ünsiyyət görünmürdü. 90 dəqiqə ərzində həm yarımmüdafiəçilər, həm də müdafiəçilər çox passiv və zəif çıxış etdilər”.

“İnter” – “Milan” cütünün cavab qarşılaşması 16 mayda, saat 23:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button