
Məsiyev Niderland millisinin matçına təyinat alıb
Azərbaycanlı FİFA referisi Elçin Məsiyev təyinat alıb.
Komanda.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, referi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Litva – Niderland oyununun baş hakimi olacaq.
Ona Elşad Abdullayevlə Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək. Matçın VAR hakimləri Fransadan Benua Millo və Metyu Vernis olacaq.
G qrupunun görüşü sentyabrın 7-də Kaunas şəhərində yerləşən “Daryus və Qirena” stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



