Məsiyev İsveçrə millisinin oyununu idarə edəcək
FİFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
Komanda.az xəbər verir ki, o, AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 12-də Sionda keçiriləcək İsveçrə – Andorra qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Kamal Umudlu olacaq.
Oyunun VAR hakimi Mete Kalkavan, AVAR funksiyasını isə Alper Ulusoy yerinə yetirəcək.
Qarşılaşmanın hakim-inspektoru UEFA-nın Hakimlər Komitəsinin sədri Roberto Rosetti olacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin