Məsiyev İsrail klubunun oyununa təyinat alıb
FİFA referisi Elçin Məsiyev beynəlxalq oyuna təyinat alıb.
Komanda.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının qrup mərhələsinin 6-cı turu çərçivəsində noyabrın 3-də keçiriləcək “Hapoel” (Beer-Şeva, İsrail) – “Avstriya” (Vyana, Avstriya) qarşılaşmasının baş hakimi olacaq.
Məsiyevə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcək. Dördüncü hakim Fərid Hacıyev olacaq.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin