Məsiyev “İnter”in oyununa təyinat aldı

Azərbaycanlı FİFA referisi Elçin Məsiyev UEFA-dan növbəti dəfə təyinat alıb.

Komanda.az xəbər verir ki o, Polşada Ukraynanın “Rux” (Lvov) və İtaliyanın “İnter” komandaları arasında keçiriləcək Gənclər Liqasının pley-off oyununu idarə edəcək.

Məsiyevə laynsmanlar qismində Rəhman İmani və Vüsal Məmmədov köməklik göstərəcək. Dördüncü hakim funksiyasını polşalı Yatsek Malişek yerinə yetirəcək.

Fevralın 8-də keçiriləcək matç saat 17:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button