Məsiyev “Bayern”in oyununu idarə edəcək
Azərbaycanın FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.
Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Almaniyada “Bayern” və Danimarkanın “Kopenhagen” klublarının U-19 komandaları arasında keçiriləcək Gənclər Liqasının A qrupunun matçını idarə edəcək.
Məsiyevə Pərvin Talıbov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasının Mixael Baxer (Almaniya) yerinə yetirəcək.
Qarşılaşma noyabrın 29-da Münhendə təşkil olunacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin