
Məşhur məşqçi Qətər klubunda
Leonardo Jardim Qətərin “Əl-Rayyan” klubunun baş məşqçisi təyin edilib.
Komanda.az klubun saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.
Jardim “Monako”, “Əl-Şabab”, “Əl-Hilal”, “Sportinq”, “Olimpiakos”, “Braqa”, “Beyra Mar”, “Şaves” və “Kamaşa”da da baş məşqçi olub. O, “Monako” ilə Çempionlar Liqasının yarımfinalına yüksəlib və Fransa çempionu olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin