Məşhur məşqçi azərbaycanlı hakimin qərarından narazı qalıb

“Fiorentina”nın baş məşqçisi Stefano Pioli Konfrans Liqasının pley-off məehələsinin “Polissya”(Ukrayna) ilə oyunundan sonra açıqlama verib.

Azərbaycanlı FİFA referisi Əliyar Ağayevin idarə etdiyi oyun İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Ağayev matçın 44-cü dəqiqəsində İtaliya klubunun hücumçusu Moyze Kinə qırmızı vərəqə göstərib. Həmin epizodda “Polissya”nın müdafiəçisi Eduard Sarapiyy Moyze Kinin saçlarını dartıb və “Fiorentina”nın futbolçusu rəqibə dirsəklə zərbə endirib.

Komanda.az xəbər verir ki, oyun vaxtı azərbaycanlı hakimin qərarına etiraz edən “Fiorentina”nın baş məşqçisi matçdan sonra mətbuat konfransında belə deyib: 

“Moyze Kin səhv etdi və reaksiya qırmızı vərəqəyə layiq idi. Amma rəqib də onun saçından tutub çəkilməsinə görə cəzalanmalı idi. Kinə ürəyim ağrıyır. Amma yəqin ki, bu vəziyyətlərdən dərs alacaq”.

Əliyar Ağayev oyunda hər komandanın bir futbolçusuna da sarı vərəqə göstərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button