
Məşhur futbolçu “Zirə”yə qarşı oynamayacaq
UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Zirə”nin rəqibi olan “Hayduk”un yarımmüdafiəçisi İvan Rakitiç bu matçlarda meydana çıxmayacaq.
Komanda.az “Nova TV”-yə istinadən xəbər verir ki, bu barədə klubun baş məşqçisi Qonzalo Qarsiya deyib.
37 yaşlı veteran futbolçu karyerasını bitirmək qərarına gəlib.
Amma “Barselona”nın sabiq futbolçusu Split təmsilçisini tərk etməyəcək. Ona “Hayduk”un idman direktoru Qoran Vuçeviçin köməkçisi olmaq təklif edilib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



