
Tanınmış futbolçu “Sevilya” ilə anlaşıb
İspaniyalı müdafiəçi Sesar Aspilikueta karyerasını La Liqada davam etdirəcək.
Komanda.az “El Chiringuito”-ya istinadən xəbər verir ki, 36 yaşlı futbolçu “Sevilya” ilə şifahi razılıq əldə edib.
Tərəflər arasında müqavilə 1 illik olacaq və əlavə olaraq müddətin daha bir mövsüm uzadılma imkanı nəzərdə tutulub.
Aspilikueta bu yay “Atletiko” ilə yollarını ayıraraq, azad agent statusu qazanmışdı. Təcrübəli oyunçu bir neçə variantı dəyərləndirsə də, sonda “Sevilya”nı seçib.
Beləliklə, “Osasuna”nın yetirməsi üçün bu, peşəkar karyerasında artıq üçüncü İspaniya klubu olacaq. Aspilikueta vaxtilə “Marsel”də çıxış edib, ən uğurlu illərini isə “Çelsi”də keçirib. London təmsilçisində 10 ildən çox oynayan futbolçu kapitan sarğısını daşıyıb və bir çox titullara sahib çıxıb.
Bizi Facebook-da izləyin



