
Məşhur futbolçu Rusiya klubuna keçməkdən imtina edib
Fransalı yarımmüdafiəçi Pol Poqba qış transfer pəncərəsində Rusiyanın “Zenit” klubuna keçməkdən imtina edib.
Komanda.az xəbər verir ki, bu barədə Rusiyanın “Sport Express” nəşri məlumat yayıb.
Xatırladaq ki, Poqba ötən ilin dekabrında “Yuventus”la müqaviləyə xitam verəndən sonra azad agent statusundadır. “Zenit”in nümayəndələri Poqbanın agentlərinə maaş şərtlərini göndəriblər, lakin danışıqlar bununla bitib.
Poqba dopinq testi müsbət çıxdığı üçün 4 il müddətinə diskvalifikasiya edilmişdi. Ancaq ötən ilin oktyabrında İdman Arbitraj Məhkəməsi onun diskvalifikasiyasını bir il yarıma endirib. Beləliklə, Poqba tezliklə istənilən klubla müqavilə imzalaya bilər.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin