Məşhur futbolçu karyerasını Azərbaycanda davam etdirə bilər

“Mançester Yunayted”in keçmiş futbolçusu karyerasını Azərbaycanda davam etdirə bilər. Söhbət İspaniya millisinin sabiq üzvü, hazırda klubsuz olan Xuan Matadan gedir.

Komanda.az-ın əldə etdiyi məlumata görə, Azərbaycanın adı açıqlanmayan klubu 36 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə danışıqlar aparır.

Mata hazırda Danimarkanın “Norşelland” klubunda məşq edir. İspaniyalı futbolçu yeni komanda axtarışında olarkən özünü formada saxlamağa çalışır.

Mata Avropada əsasən “Valensiya”, “Çelsi”, “Mançester Yunayted”dəki çıxışı ilə tanınır.

İspaniyalı futbolçu hazırda 6 aydır ki, işsizdir və belə görünür, hələ də butslarını asmaq fikrində deyil. O, karyerasını davam etdirmək üçün variantlar axtarır ki, onların içində Azərbaycanda oynamaq da var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button